Evlilik verilişinin məşhur bəy namizədi İNTİHARA CƏHD ETDİ - Canlı yayımdan sonra - VİDEO - FOTO

29 Mart 2018 09:25

Evlilik verilişinin məşhur bəy namizədi Caner Toygar intihara cəhd edib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, axşam saatlarında intihara cəhd edən Caner Toygar çatdırıldığı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Caner Toygar intihara cəhddən öncə sosial şəbəkə hesabından etdiyi canlı yayımda: "Haqqımı heç kimə halal etmirəm. Hər kəsdən çox üzr istəyirəm. Ağılsız addım atmaq istəmirdim, amma artıq dayana bilmirəm" deyib.

Caner Toygarın canlı yayımından öncə hesabından etdiyi paylaşımlar da diqqət çəkib:

Esra Erolun evlilik proqramı ilə məşhurlaşan Canerin səhhətinin yaxşı olmadığı deyilir.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Evlilik verilişinin məşhur bəy namizədi canlı yayımda intihar etdi