Naməlum şəxslər Malidə otelə hücum ediblər

29 Mart 2018 09:05

Malinin Bandiaqara şəhərində 5 nəfərdən ibarət bir qrup "La Falaise" ötelinə hücum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, naməlum şəxslər otelin girişinə yaxınlaşıb və atəş açmağa başlayıb. Nəticədə bir mühafizəçi həlak olub, 2 nəfər isə yaralanıb.

Bildirilir ki, mühafizəçilərin cavab atəşi açması nəticəsində hücum edənlərdən biri öldürülüb, digərləri isə hadisə yerindən qaçıb.

Milli.Az