Eldar Mansurovdan yenilik

1 Aprel 2010 15:33
Xalq artisti Flora Kərimova və Elxan Əhədzadənin vaxtilə ifa etdiyi və 80-ci illərin ən sevilən mahnılarından olan "Sənsiz keçən günlərim" mahnısı yenidən ifa olunub.
Bu barədə Milli.Az xəbər portalına mahnının bəstəkarı, əməkdar incəsənət xadimi Eldar Mansurov məlumat verib. Mahnını hal-hazırda Sankt-Peterburqda yaşayan həmyerlimiz Tofiq Ağayev ifa edib. Qeyd edək ki, rus dilində ifa olunan mahnının sözləri isə İsrail əsilli şairə aiddir.

Günay
Milli.Az