BMT-nin baş katibinin siyasi məsələlər üzrə yeni müavininin adı açıqlanıb

29 Mart 2018 08:33

BMT-nin baş katibinin siyasi məsələlər üzrə yeni müavini ABŞ nümayəndəsi Rouzmeri Dikarlo təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin mətbuat xidməti bildirir.

Hazırda Amerikanın xarici siyasəti üzrə Milli komitənin prezidenti və Yel Universitetinin professoru olan Dikarlo bu postda həmyerlisi Ceffri Feltmanı əvəzləyəcək. Feltmanın müqaviləsi martın 31-i başa çatır.

Milli.Az