22:26
Bakı-Qazax magistral yolunun 464-cü kilometrliyinin Ağstafa rayonundan keçən hissəsində baş verən yol qəzasında 1 nəfər yüngül xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Dağ Kəsəmən kəndi ərazisində "VAZ 2107" ilə "Mercedes" markalı avtomobil toqquşub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
--------
21:32
Bakı-Qazax yolunun Ağstafa rayonundan keçən hissəsində iki minik avtomobili toqquşub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Dağ Kəsəmən kəndi ərazisində baş verib.
İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar var.
Qəzanın təfərrüatları müəyyənləşdirilir.
Milli.Az