Zakir Həsənov Ankarada Atatürkün mavzoleyini ziyarət etdi - FOTO

28 Mart 2018 19:07

Ankarada rəsmi səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

MN-dən Milli.Az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

Milli.Az