İtaliyanın Livorno şəhərindəki limanda partlayış baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə fəhlə xəsarət alıb.
Qeyd olunur ki, liman ərazisində sistern partlayıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb edilib.
Tezalışan maddələrin olduğu bölgə təxliyə olunub.
Milli.Az