"Qış albalısı" ticarət mərkəzinin rəhbəri həbs edildi

28 Mart 2018 16:05

Kemerovo vilayət məhkəməsi "Qış albalısı" ticarət mərkəzindəki yanğınla bağlı mərkəzin rəhbəri Nadejda Suddenokun həbs edilməsi barədə qərar çıxarıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, məhkəmə zalından həbs olunub.

Məlumata görə, qərarla N.Suddenok 1 ay 29 gün müddətinə, yəni mayın 25-ə qədər həbsdə olacaq.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub.

Onlardan 41 nəfəri uşaq olub.

Milli.Az