Kömək diləyən işsiz ata: "Evdə heç nə yoxdur ki, uşağa verim yesin" - FOTO

28 Mart 2018 13:47

Bakı sakini 33 yaşlı Xanlar Abdullayev Milli.Az-a müraciət edərək işsizlik ucbatından ailəsinin, uşaqlarının pis vəziyyətə düşdüyünü bildirib:

"Biz Sabuncu rayonu Zabrat 1qəsəbəsində yaşayırıq. Xahis edirəm, məni işlə təmin edin! Çox xahis edirəm! Vəziyyətimiz çox pisdir. İki azyaşlı qız övladım var. İnanın, evdə heç nə yoxdur ki, uşağa verim yesin. Sizdən xahiş edirəm, bizə kömək edin".

X.Abdullayev bildirib ki, bundan əvvəl o, müxtəlif yerlərdə fəhlə kimi, daha sonra isə uzun müddət mühafizə xidmətində işləyib. Hətta mühafizəçiliyə dair 8 aylıq kurs da keçib, sertifikatı var. Lakin artıq 6 aydır ki, işsiz qalıb: "Bir neçə yerə müraciət etmişəm, getmədiyim yer qalmayıb. Məşğulluq idarəsinə də müraciət etmişəm. İş yoxdur. Bizə yalnız bacım bir az kömək edir, evimizə çörək alır. Ailəmi dolandıra, uşaqlarımın gözünə baxa bilmirəm. Mən kimdənsə maddi yardım istəmirəm. Sadəcə, mənə iş verin ki, qazanıb ailəmi dolandırım".   

Ünvan: Bakı, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Frunze küçəsi, ev 13
Əlaqə telefonu: 055-383-86-50

Pünhan Mirzə
Milli.Az