Azərbaycan futbol klubunda məşqçi istefası

28 Mart 2018 13:06

"MOİK" Peşəkar Futbol Klubunun baş məşqçisi dəyişib.

Mərkəzi Ordu İdman Klubundan Milli.Az-a verilən məlumata görə, klubun sabiq baş məşqçisi Ramil Vaqif oqlu Əliyev səhhəti ilə əlaqədar tutduğu vəzifədən ayrılıb.

"MOİK"in yeni baş məşqçisi isə təcrübəli məşqçi Azər Baqırov olub.

Eyni zamanda klubun rəhbərliyi və kollektivi Ramin Əliyevə gərgin və uğurlu fəaliyyətinə görə təşəkkür edir, tezliklə şəfa taparaq sağlamlığına qovuşmasını arzulayır.

Yeni baş məşqçi Azər Baqırova isə işində uğurlar diləyir və komandamızın onun rəhbərliyi ilə də uğurlar qazancağına ümid edirik.

Milli.Az