Əli Kərimlinin saxtakarlığı…

28 Mart 2018 13:02

Əli Kərimlinin müavini də demişdi ki, sədr ona saxta profillər açmaq üçün tapşırıq verib. Həmin müavin də 50 adama tapşırıq verib ki, hərəsi 4-5 saxta profil açıb, süni reytinq qaldırsınlar. Bu, əsassız ittiham deyil. Əli Kərimli müxalifətin lideri ola bilməz. Əli Kərimlinin müxalifətdə lider olmaq cəhdlərinə gəlincə isə, müxalifətdə heç kim lider ola bilməz, hər kəs öz partiyasında lider ola bilər. Müttəfiqlik var və əgər kimsə müttəfiqlikdə özünü lider hesab edirsə, deməli, səmimi deyil.

Necə olurdu, Əli Kərimli Razi Nurullayev yanında olan fəxr edirdi ki, "ən yaxşı kadrımdır". İndi Razi gedəndən sonra hakimiyyətə işləyən olub? Axı sənin nüfuzun onların sənin yanında olmağı ilə bağlı idi. Bu, düzgün məntiq deyil axı, deməli, sənin gücün yox imiş. Əgər sənin ətrafındakı adamların hamısı hökumətə işləyirsə, faktiki olaraq sənin öz gücün yoxdur...

Saflig.com