"Renata Almaniya və xaricdən bir neçə təklif göndərilib"

28 Mart 2018 20:45

"Ayntraxt"ın futbolçusu Renat Dadaşovu bir neçə klub transfer etmək istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə millimizin üzvünün meneceri Kostas Spanudakis məlumat verib:

"Renata Almaniya və xaricdən bir neçə təklif göndərilib. Onlardan bəziləri futbolçu ilə dərhal müqavilə imzalamağa hazırdırlar".

Qeyd edək ki, məşq zamanı komanda yoldaşını vuran R. Dadaşov məşqçilər korpusunun qərarı ilə komandada qovulub. Bundan sonra klub rəhbərliyi onu satmağa qərar verib.18 yaşlı hücumçunun hazırda qardaşı Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"sunun düşərgəsində olduğu bildirilir.

Milli.Az