Türkiyə avtobus dərəyə aşdı: 2 nəfər öldü, 33 nəfər yaralı

28 Mart 2018 10:09

Türkiyənin şimalında Çorum vilayətində sərnişin avtobusunun iştirakı ilə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, daha 33 nəfər xəsarət alıb.

Məlumata görə, sürücünün idarəetməni itirməsi səbəbindən avtobus dərəyə aşıb.

Xəsarət alanların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir. Yaralılar yaxınlıqdakı vilayət xəstəxanasına yerləşdirilib.

Milli.Az