Azərbaycan nefti cüzi ucuzlaşıb

27 Mart 2018 23:59

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 26-da 71,27 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,24 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 26-da 70,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,24 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 26-da 66,54 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 26-da 68,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.

Milli.Az