Mingəçevirdə piyada iki maşının arasında qaldı - FOTO

27 Mart 2018 21:39

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhərin 20 Yanvar küçəsində piyadalar üçün müəyyən olunmamış yerdən yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub.

Piyada "Toyota" və "VAZ-21012" markalı maşınların arasında qalaraq əzilib. Ağır xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, yaralının ayağı sınıb, başından və bədəninin digər hissələrindən xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az