Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Serqey Skripalın zəhərlənməsinə görə Rusiyada keçiriləcək mundialı rəsmən boykot edən ilk ölkə İslandiya oldu. "Vikinqlər"in heç bir dövlət nümayəndəsi turnirdə olmayacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, daha 4 ölkənin buna qoşulması gözlənilir. Bunlar Polşa, Danimarka, İsveçrə və Yaponiyadır. Analoji təşəbbüsü digər dövlətlər də dəstəkləyə bilər. Avstraliya, Almaniya isə boykot məsələsinə qarşı çıxıb.
Milli.Az