Rusiyada matəm elan olundu

27 Mart 2018 15:08

Rusiya prezidenti Vladimir Putin martın 28-də ölkədə matəm günü elan olunması ilə bağlı sərəncam imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kremlin mətbuat xidməti belə bir qərarın ötən gün Rusiyanın Kemerovo şəhərində baş verən faciə ilə əlaqədar qəbul edildiyini bildirib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 67 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

Milli.Az