Aktyor Bred Pittin keçmiş həyat yoldaşı Cennifer Enistonla yaxınlaşması xəbərindən sonra aktrisa Ancelina Colinin də sevgilisinin kimliyi açıqlanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 42 yaşlı ulduz özündən yaşca böyük maklerlə sevgilidir. Adı açıqlanmasa da, həmin şəxsin film ulduzları qədər yaraşıqlı olduğu deyilir.
Qeyd edək ki, 10 illik münasibətdən sonra 2014-cü ildə ailə quran Coli ilə Pitt 2016-cı ildə boşanıb, Cütlüyün 3-ü övladlıq olmaqla, 6 uşağı var.
Milli.Az