Tel-Rifat terrorçulardan azad edildi - YENİLƏNİB

27 Mart 2018 15:50

15:50

Suriyanın Tel-Rifat rayonu terrorçulardan azad edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Tel-Rifatı bir neçə saat ərzində tamamilə nəzarət altına alıb.

-----------

14:28

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin şərqində yerləşən Suriyanın Tel-Rıfat rayonunun terrorçu PKK/YPG-PYD terrorçularından təmizlənməsi məqsədilə antiterror əməliyyatına başlayıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, Tel-Rıfat rayonu "Fərat qalxanı" əməliyyatı nəticəsində terrorçulardan təmizlənən Mare və Afrin bölgələri arasında yerləşir.

Əməliyyatda Azad Suriya Ordusunun 10 min döyüşçüsü iştirak edir.

Yerli əhali martın 23-də keçirdikləri nümayişdə "Türkiyə ordusu bizi də xilas etsin!" şüarını səsləndirib. 

Milli.Az