"Azərbaycan millisində Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın futbolçusu Mahir Mədətov və digər beynəlxalq turnirlərdə oynayan oyunçular var. Çətin matç olacaq. Lakin seçmə mərhələdə sərgilədiyimiz futbolu ortaya qoya bilsək, yaxşı şans əldə edəcəyik".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri İrlandiyanın U-21 millisinin baş məşqçisi Noel Kinq Avropa çempionatının seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib.
O, millimizlə matçı səbrsizliklə gözlədiklərini vurğulayıb: "Seçmə mərhələdə yaxşı çıxış edirik və bunu davam etdirməliyik".
Qeyd edək ki, İrlandiya - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Milli.Az