A Seriyasında 2017-ci ilin ən yaxşı məşqçisi açıqlandı

27 Mart 2018 20:05

İtaliya A Seriyasında 2017-ci ilin ən yaxşı məşqçisi müəyyənləşib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri ötən il üçün İtaliya çempionatının ən yaxşısı məşqçisi elan olunub.

Xatırladaq ki, Turin təmsilçisi Alleqrinin rəhbərliyi altında ötən il ardıcıl altıncı çempionluğunu qazanıb. Bundan başqa, "Yuventus" ardıcıl üçüncü dəfə İtaliya Kubokuna sahib çıxıb, UEFA Çempionlar Liqasında isə finala yüksəlib.

Alleqri ən yaxşı məşqçi adı uğrunda "Atalanta"dan olan həmkarı Can Pyero Qasperini və "Napoli"dən Mauritsio Sarrini qabaqlayıb.

Milli.Az