Yaşlı sürücü müəmmalı şəkildə ölüb

26 Mart 2018 20:45

Sumqayıtda yaşlı kişi yolun ortasında müəmmalı şəkildə dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə günorta saatlarında, H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib.

Belə ki, adı hələ ki açıqlanmayan, təqribən 63-65 yaşlarında kişi qəsəbədə idarə etdiyi "Kamaz" markalı yük maşınından düşdükdən sonra müəmmalı şəkildə ölüb.

Onun ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az