Qadını elektrik cərəyanı vurub

26 Mart 2018 19:11

Gədəbəydə qadını elektrik cərəyanı vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Slavyanka kənd sakini 1979-cu il təvəllüdlü Qasimova Xalidə Zülfüqar qızı yaşadığı evdə iş görən zaman ehtiyatsızlıqdan əli elektrik naqilinə toxunub. Huşunu itirən qadın Gədəbəy rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti normallaşan X. Qasımova evə buraxılıb.

Milli.Az