Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, martın 25-də rayonun Yeni Qızılca kəndi ərazisində Bakı şəhər sakini Ruslan Paşayev idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Teymur Əhmədovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az