Mərhum azərbaycanlı rejissor baba oldu - FOTO

25 Mart 2018 23:58

Milli.Az-a daxil olan məlumata görə, mərhum rejissor Maarif Məmmədovun qız nəvəsi dünyaya gəlib. Yeni doğulmuş körpəyə Sunay adı verilib.

Qeyd edək ki, Maarif Məmmədov 20 ildən artıq AZTV-də rejissor və redaktor vəzifəsində çalışıb. Rejissorun həyat yoldaşı Sədaqət Məmmədova da aktrisadır. O bir çox seriallarda və ekran işlərində rol alıb.

Əli Rəhimoğlu

Milli.Az