Rəqibimizdən "cırtdan"a 3 cavabsız qol

25 Mart 2018 22:44

Bir sıra milli komandalar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərindən biri Farer Adları yığması da növbəti matçını keçirib.

Rəqibimiz Lixteynşteyn millisi ilə üz-üzə gəlib. Görüş farerlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bartalstovu, Olsen və Nattestad komandasına qələbə qazandırıb.

Qeyd edək ki, Farer Adaları martın 22-də Latviya ilə qollu bərabərliyə imza atmışdı - 1:1.

Milli.Az