Naməlum avtomobil piyadanı vurub

25 Mart 2018 22:40

Kürdəmirdə naməlum avtomobil Rusiya vətəndaşını vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam  saat 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 182-ci kilometrliyində, Kürdəmir rayonunun Karrar stansiyası ərazisində qeydə alınıb.

Naməlum avtomobil yolu keçmək istəyən Rusiya vətəndaşı, 1954-ci il təvəllüdlü Minayətxan İlyas qızı Nauruzovanı vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan M. Nauruzova  Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti orta-ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Milli.Az