Yaponiya sahillərində güclü zəlzələ baş verib

25 Mart 2018 20:58

Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yeraltı təkanların episentri  Hatidze şəhərindən 50 km cənub-şərqdə, ocağı 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az