19:34
Bu gün Lənkəran rayonunda baş verən qəzada iki nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Girdəni kəndində körpü üzərində "QAZ 31" markalı minik maşınının sürücüsü ötmə əməliyyatını düzgün yerinə yetirməyib və avtomobili eyni istiqamətdə hərəkətdə olan "Prado" markalı minik maşınına vurub.
Nəticədə "QAZ 31" markalı avtomobildə olan 1971-ci il təvəllüdlü Girdəni kənd sakini Şöhrət Paşa oğlu Qurbanov və Havzava kənd sakini 1964-cü il təvəllüdlü Lalə Mirzağa qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilib.
---------
18:37
Bu gün Lənkəran rayonunda yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, qəza Girdəni kəndində körpü üzərində qeydə alınıb.
"Prado" markalı avtomobil hərəkətdə olarkən digər bir minik maşını arxadan ona çırpılıb. Qəza nəticəsində xəsarət alanlar var.
Milli.Az