Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report.az-a istinadən bildirir ki, rayonun "Mal bazarı" adlanan ərazisi yaxınlığında təqribən 20-25 yaşlı Şəmkir rayon Qaracəmilli kənd sakini, Kərimov Teymur Salahəddin oğlunu avtomobil vurub.
Xəsarət alan piyada xəstəxanaya aparılan zaman keçinib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az