11:42
Ötən gün axşam saatlarından etibarən Lerik rayonunda əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.
Milli.Az report.az-a istinadən bildirir ki, nəticədə rayonun kəndlərinə verilən elektrik enerjisi kəsilib.
Elektrik enerjisi verilişinin dayandırılmasının qabaqlayıcı tədbir olduğu bildirilir. Külək tam sakitləşdikdən sonra briqadalar xətləri yoxlayaraq, enerji verilişi bərpa olunacaq.
Külək, eyni zamanda ayrı-ayrı təsərrüfatlarda tikililərin dam örtüklərinə qismən ziyan vurub.
Bu gün səhər külək nisbətən səngiyib. Rayon mərkəzinə enerji verilişi bərpa olunub.
-----------
11:09
Ötən gün axşam saatlarından başlayan güclü külək Lerik, Lənkəran və Masallı rayonlarında fəsadlar törədib.
Milli.Az APA-ya istinadən bildirir ki, külək Lerikdə əsasən elektrik təsərrüfatına ziyan vurub, işıq dirəkləri və naqillər qırılıb.
Bundan başqa, bir neçə fərdi yaşayış evinin dam örtüyünə də ziyan dəyib.
Lənkəranda da külək fəsadsız ötüşməyib, əsasən fərdi evlərin dam örtüyünə ziyan dəyib. Rayonun Biləsər kəndində külək bir neçə evin damını uçurub. Analoji vəziyyət Masallı rayonunda da yaşanıb.
Hazırda hər üç rayonda küləyin vurduğu ziyanın miqdarı müəyyənləşdirilir.
Milli.Az