Acunun xanımı biznes qurur

25 Mart 2018 11:02

Aparıcı-prodüser Acun İlıcalının həyat yoldaşı Şeyma Subaşı biznes qurur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Şeyma Bebekdə kafe açmaq fikrindədir.

Bu barədə o, salad şəkli paylaşaraq məlumat verib. Subaşı hesabında yerləşdirdiyi şəklin altına "Dostlar, öz tərzimə uyğun bir kafe açıram" qeydini yazıb.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkə izləyiciləri Şeymaya "Acunun pulu ilə yaşayırsan" kimi şərhlər yazmışdı və bu, Subaşını çox əsəbiləşdirmişdi. 

Milli.Az