Argentina millisinin kapitanı Lionel Messinin zədəsi hələ də sağalmayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ulduz futbolçu komandasının dünənki məşqini də buraxıb. Əzələsi dartıldığı üçün Argentinanın İtaliyanı 2:0 hesabı ilə məğlub etdiyi görüşdə forma geyinə bilməyən hücumçunun İspaniya yığması ilə matçda da meydana çıxmayacacağı ehtimal olunur.
Qeyd edək ki, İspaniya - Argentina oyunu martın 27-də keçiriləcək.
Milli.Az