Məşhur yazıçı vəfat etdi

25 Mart 2018 09:59

Britaniya yazıçısı Filip Kerr vəfat edib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə yazıçının xanımı Ceyn Tinn məlumat verib.

"Sevimli Filip Kerr, möcüzəli "Berni Yunterin yaradıcısı, dahi yazıçı, sevimli ata və ər nur içində yat", - deyə o, "Twitter"də yazıb.

Kerr nasist işğalı dövründə Çexoslovakiyada işləyən uydurma alman xəfiyyəsi Bernhard Hünter haqqında silsilə romanların müəllifi kimi məşhurlaşıb. Onun 63 yaşında vəfat etdiyi bildirilir.

Milli.Az