Moskvada həyəcan: “Bruklin Holl” boşaldıldı

24 Mart 2018 23:57

Moskvada "Bruklin Holl" klubunda istirahət edənlər təxliyə edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

"Klubdan 500 nəfər təxliyə edilib. Hazırda xüsusi itlər klubda axtarış aparır", - məlumatda qeyd edilir.

Həyəcanın səbəbi və itlərin nəyi axtardığı haqda bilgi verilməyib.

Klubda "Buerak" qrupunun konserti keçirilirmiş.

Milli.Az