ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirib

24 Mart 2018 21:44

ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına doqquz İran vətəndaşı və hüquqi şəxsin adını daxil edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilir.

Bildirilir ki, sanksiyaların tətbiq edilməsinə səbəb ABŞ-ın bir sıra nazirlik və təhsil müəssisələrinə haker hücumu olub.

Milli.Az