Pekində narıncı həyəcan səviyyəsi elan olunub

24 Mart 2018 21:39

Pekin hakimiyəti havanın keyfiyyətinin kəskin pisləşməsi ilə əlaqədar narıncı həyəcan səviyyəsi elan ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, həyəcan martın 26-sı 00:00-dən etibarən qüvvədə olacaq və ən azı martın 28-nə kimi davam edəcək.

Ekoloji vəziyyətin pisləşməsi ilə əlaqədar açıq havada bütün tədbirləri ləğv etmək tövsiyə olunur.

Milli.Az