Çoxdan gözlənilən xəbəri Günel verdi - FOTO

24 Mart 2018 19:17

Türkiyədə yaşayan müğənni Günel Zeynalova İbrahim Tatlısəs və atası Rəhman Zeynalovla yeni fotolarını paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Günel şəkillərdən birinə "Bir qız hər iki atasının yanında olmasından başqa nə istəyər?" yazıb. Günel Tatlısəsin yenidən səhnəyə qayıdacağı müjdəsini də verib:
 
"Telefonu aldım əlimə, dedi selfini xoşlamıram, pis çıxır adam. Dedim ki, mən çəksəm, bəyənəcəksən. Yaraşıqlı mənəvi atam mənim. Yaxşı ki, varsan İmperator! Bu arada, bombalarla qayıdır. Bu qədər dincəlmək bəsdir. Qulaqlarımızın pası silinəcək".

Milli.Az