Ramos üçün yubiley oyunu

24 Mart 2018 19:09

Almaniya ilə yoxlama oyunu İspaniya millisinin kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi yığmanın heyətində 150-ci oyununa çıxıb.

1:1 hesablı bərabərliklə bitən görüşdə Ramos 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, İspaniya millisində ən çox oyun keçirən "Portu"nun qapıçısı İker Kasilyasdır. O, 167 dəfə millinin formasını geyinib.

Milli.Az