Rusiyada qrip virusunun yayılması səbəbindən 93 məktəb və 84 bağça bütünlüklə bağlanıb.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, "Rospotrebnadzor"un tələbi ilə məktəblərdə 1064 sinif və bağçalarda 489 qrup epidemiya səbəbilə fəaliyyətini dayandırıb.
Məlumatda, həmçinin deyilir ki, hazırda bağlanan tədris və tərbiyə müəssisələrində profilaktik tədbirlər aparılır.
Milli.Az