Prezident seçkilərini 300-dən çox beynəlxalq müşahidəçi izləyəcək

24 Mart 2018 15:00

Azərbaycanda prezident seçkilərini 300-dən çox beynəlxalq müşahidəçi izləyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

O bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

M.Pənahov qeyd edib ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısamüddətli müşahidəçisi, eləcə də MDB-nin qısamüddətli müşahidəçiləri bu siyahıya daxil deyil:

"Ümumilikdə, prezident seçkilərini müşahidə etmək üçün 47 ölkənin vətəndaşları müraciət edib".

Milli.Az