100 yaşlı qadının bu hərəkəti hamını təəccübləndirdi - FOTO

24 Mart 2018 17:34

Türkiyənin Sakarya əyalətində yaşayan Asiya Çetin adlı qadının verdiyi qərar hər kəsi təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 100 yaşlı qadın prezident Rəcəb Tayyip Ərdoğanın əyalətdə təşkil etdiyi oxuma-yazma kurslarına qatılıb.

Qadın "Oxuyub-yazmağı çox istəyirəm. Bu günə qədər bunu etməyə imkanım olmadı. 
İndi isə gözlərim mənə mane olur" deyə onda bu həvəsin haradan yarandığını soruşanlara deyib.

Milli.Az