"Tesla"nın səhmdarları şirkətin rəhbəri Elon Maska fantastik məbləğdə maaş təyin edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bundan sonra Mask indiyədək heç bir top-menecerin almadığı qədər - ildə 2,6 milyard dollar əmək haqqı alacaq.
Qərarın lehinə səhmdarların 73%-i səs verib. Onlar hesab edirlər ki, yüksək maaş diqqətini əsas işə - süni intellektin yaradılmasına cəmləşdirməyə kömək edəcək.
Səhmdarların bu qərarından sonra "Tesla"nın səhmləri 1,9% bahalaşıb.
Milli.Az