Gömrükdən 36 kq qızıl keçirmək istədi, tutuldu

24 Mart 2018 10:08

Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" buraxılış məntəqəsində Gürcüstan ərazisinə 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, "Mercedes Benz" markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar).

Faktla bağlı istintaq aparılır.

Milli.Az