Hindistanda yol qəzasında 10 nəfər öldü

23 Mart 2018 17:18

Hindistanın şimalında yerləşən Pratapqarx şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yük maşınının taksi ilə toqquşması nəticəsində 10 nəfər ölüb.

Daha 6 nəfərin yaralandığı deyilir.

Bildirilir ki, taksi sərnişinləri məbədə ibadətə gedirmiş.

Yük maşınının sürücüsü həbs olunub.

Milli.Az