Dövlət Departamenti: “Səfirin qayıtması haqda qərarı Türkiyə verməlidir”
30 Mart 2010 10:15
Milli.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, keçirdiyi mətbuat konfransında bildirib ki, telefon söhbətində Türkiyənin Vşainqtondan geri çağırılmış səfiri Namiq Tanın qayıdışı, ATƏT-in Minsk qrupunun fəaliyyəti, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri, Türkiyə-Ermənistan münasibətləri, Hillari Klintonun Rusiya səfəri və Yaxın Şərqdəki proseslər barədə fikir mübadiləsi aparılıb.
Jurnalislərin səfir Namiq Tanın geri qayıdışı ehtimalı ilə bağlı sualına cavabında Filip Krouli deyib ki, bu barədə söhbət aparılıb, amma qərarı Türkiyə verməlidir.
Filip Krouli Birləşmiş Ştatların Türkiyə və Ermənistana münasibətlərin normallaşdırılması prosesi və protokolların ratifikasiyası ilə bağlı təzyiqləri davam etdirdiyini də deyib. Bundan başqa, o qeyd edib ki, ABŞ və Türkiyə Dağlıq Qarabağa dair çətin və qarışıq məsələnin necə həll olunacağı mövzusunda da əməkdaşlıq edirlər.
Milli.Az