"Qəbələ" və "Keşlə" arasında yoldaşlıq oyunu olacaq

23 Mart 2018 12:46

Milli komandanın oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Keşlə" klubu yoxlama görüşü keçirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Yuri Maksimovun rəhbərlik etdiyi kollektiv çempionatın ikinci pilləsində qərarlaşan "Qəbələ" ilə qarşılaşacaq.

Martın 24-də "Bakı" klubunun Təlim-Məşq Bazasında baş tutacaq oyun saat 15:00-da start götürəcək.

Milli.Az