İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo "mavi eskadra"ya qayıda bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "maestro" İtaliya Futbol Federasiyasının nümayəndələri ilə görüşüb. Antonio Konte və ya Karlo Ançelotti millinin sükanı arxasına keçsə, Pirlo məşqçilər korpusuna daxil ediləcək.
Millinin baş məşqçisi 2018-ci il dünya çempionatının startına kimi müəyyənləşəcək. Pirlo peşəkar futbolçu karyerasını 2017-ci ilin dekabrında "Nyu York Siti"də başa vurmuşdu.
Milli.Az