Vyetnamda dəhşətli yanğın: 13 ölü

23 Mart 2018 08:49

Vyetnamın Xoşimin şəhərində yaşayış kompleksində baş verən yanğın nəticəsində ən azı 13 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha 27 nəfər xəsarət alıb.

Hadisənin 700-dən çox ailənin yaşadığı 20 mərtəbədə baş verdiyi bildirilir.

Bəzi insanlararın xilas olmaq üçün yüksək hündürlükdəki pəncərələrdən tullanarkən öldüyü qeyd olunur.

Milli.Az