Bakıda gənc oğlan sübh saatlarında bıçaqlanıb

23 Mart 2018 08:47

Paytaxtın Binəqədi rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə ötən gün səhər saatlarında Binəqədi qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Süleymanov Səmrah Ədalət oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə nəticəsində o bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Binəqədi Rayon Polis idarəsi faktla bağla araşdırma aparır.

Milli.Az